Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 129 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 871 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 100, ağır xəstələr isə 1 692 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 470 901 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 355 409 nəfər sağalıb, 25 865 nəfər isə ölüb.