Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da həbs edilib.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Veronika Polyakova məlumat verib. Yarmış yanvarın 23-də keçirilmiş icazəsiz aksiyada sanitar-epidemioloji normaları pozmaqda ittiham olunur. Ona 9 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, bundan əvvəl Navalnının qardaşı Oleq Navalnı, tərəfdaşları – Lyubov Sobol, Oleq Stepanov ev dustaqlığına məhkum ediliblər.