İranın Səhiyyə naziri Səid Nemeki vətəndaşlara COVID-19 virusunun yeni dalğası ilə bağlı xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, bu barədə iranlı nazir Kirman şəhərində keçirilən görüşdə danışıb.

"COVID-19-un dördüncü dalğası bizi narahat edir. Yeni dalğada virusun təsiri və sürəti daha çox olacaq. Virusun mutasiya olunmuş versiyası dünyanın bütün ölkələrini həyacanladırır", - deyə nazir vurğulayıb.

S.Nemeki vəziyyətə uyğun olaraq addımlar atılacağını qeyd edib. Onun sözlərinə görə, yoluxma sürətlənərsə, məhdudiyyətlər artırıla bilər.