Türkiyənin Manisa ərasizində dəhşətli cinayət hadisəsi vaş verib. 

Unikal.org xəbər verir ki,  silahlı şəxslər 4 gənci başından vuraraq öldürüblər. Cinayəti törədən  şəxslər hadisə yerindən qaçıblar. Polislərin ilkin məlumatına görə, gənclərin borcu olduğu üçün öldürüldüyü bildirilib. 

Aparılan araşdırma gənclərin 22-24 yaşları ilə eyni liseydən olduqları və ov tüfəngi ilə vurulduqları təyin olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.