2020-ci il ərzində respublikada 2118 yanğın hadisəsi qeydə alınıb.

Unikal.org  FHN-in saytına istinadən xəbər verir ki, yanğın hadisələri zamanı 49 ölüb, 119 nəfər xəsarət alıb. Bu da 2019-cu il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

Ötən il respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu illə müqayisədə 9 hadisə və ya 11% çoxdur.