Sumqayıtda adam bıçaqlamaqda təqsirləndirilən Vüsal Cahangirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azad Məcidovun icraatındadır.
Qeyd edək ki, hadisə 18 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində baş verib.
V.Cahangirov aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirib.
Onun ölkə hüdudlarını tərk etməsi ilə əlaqədar barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov ötən il noyabr ayında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.