Gəncədə qardaşı arvadını öldürüb, nəvələrini və gəlinini yaralamaqda təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanan materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, bu ilin iyun ayında Gəncədə ailə münaqişəsi zəminində 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Famil Fərhadoğlu