Rusiyanın "Azur Air" şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib.

Unikal.org bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir.

Xatırladaq ki, "Azur Air" sözügedən istiqamətdə uçuşları 2014-cü ildən həyata keçirib.