Tərtər rayon sakinində silah aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaradağlı kənd sakini İ.Abdullayevdən “TOZ-B” markalı ov tüfəngi götürülüb.