Misir Mərdanova növbəti şok zərbə
13:38 18-01-2013
CƏMİYYƏT
Misir Mərdanova növbəti şok zərbə
Təhsil nazirinin daha bir səlahiyyəti əlindən alındı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə ölkə başçısı fərman imzalayıb.
Əsasnamədə edilən dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib.
Nazirlər Kabinetinə və digər aidiyyəti strukturlara fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu, faktiki olaraq təhsil naziri Misir Mərdanovun daha bir səlahiyyətinin əlindən alınmasıdır. Nazirdə şok effekti sayıla biləcək əsasnamə dəyişikliyi Mərdanovun postunun get-gedə formal xarakter daşımağa başladığına dair qənaətləri növbəti dəfə möhkəmləndirir.
Xatırladaq ki, son bir ildə Misir Mərdanov özünün xeyli səlahiyyətini itirib. Hələ ötən ilin yazında “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilərək bu qurumun səlahiyyətləri azaldılıb. Belə ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində (orta məktəblərdə) ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) səlahiyyəti Təhsil Nazirliyindən alınıb. Prezidentin digər Fərmanı ilə bu səlahiyyət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilib. TQDK-nın Əsasnaməsinə edilən dəyişikliyə görə, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi bu qurum tərəfindən gerçəkləşdiriləcək.
Bundan başqa, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirmək səlahiyyəti də Misir Mərdanovdan alınaraq onun əzəli düşməni TQDK sədri Məleykə Abbaszadənin ixtiyarına verilib.
Eyni zamanda məktəblərin təmir və tikintisi ilə bağlı səlahiyyətlər də Misir Mərdanovdan alınıb. Uşaq bağçaları nazirin nəzarətindən çıxarılıb və icra hakimiyyətlərinə verilib.
Bir sözlə, Misir Mərdanovun bir ildir ki, start götürən səlahiyyətlərindən məhrum edilməsi prosesi davam edir. Elə ona görə də artıq çoxları düşünür ki, get-gedə Mərdanov “formal nazir”ə çevrilir. Yəni nazir olmağın adı qalır, dadı isə artıq çoxdan gedib...
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44