Samux Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində Nəbiağalı qəsəbə sakini Ə.Qarayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.