Bakıda oğurluq etdiyinə görə axtarışda olan saxlanılan şəxsin başqa cinayətləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Ramana qəsəbə sakini M.Qafarov saxlanılıb, Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mağazaların birindən pul, 1 600 manat dəyərində tütün məmulatı, neft məhsulları oğurlaması, eyni zamanda R.Hüseynova məxsus “ZİL” markalı avtomobili qaçırması da müəyyən edilib.