Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 7 fakt üzrə 9 720 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn müxtəlif markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 9 720 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.