İspaniya La Liqasında XXII tur davam edir.

Unikal.org xəbər verir ki, turun daha 4 oyunu keçirilib.

“Real Sosyedad” öz meydanında “Kadiz”i darmadağın edib. “Eybar”ı qəbul edən “Osasuna” da üç xala sevinib.

“Valensiya” Bilbao səfərində “Atletik”dən bir xal alıb. “Barselona” rəqib meydanında “Betis”ə qalib gəlib.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq.

İspaniya La Liqası
XXII tur
7 fevral
“Real Sosyedad” – “Kadiz” – 4:1
Oyarzabal, 28 (pen.), 34, İsak, 54, 59 – Jairo, 65
“Atletik” – “Valensiya” – 1:1
Gillamon, 43 (avtoqol) – Paulista, 65
“Osasuna” – “Eybar” – 2:1
Kalleri, 18, Budimir, 86 – Kike,  44
“Betis” – “Barselona” – 2:3
İqlesias, 38, Ruiz, 75 – Messi, 59, Ruiz, 68 (avtoqol), Trinkao, 87