Tovuzda qətl törədilib.
Unikal.org-un məlumatına görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində fermada qeydə alınıb.
Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov İlqar Şubat oğlu Gədəbəy rayon sakini, 1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğunu ürək nahiyəsindən bıçaqla vurub. Sonuncu aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.