Tanzaniyada bəlli olmayan xəstəlikdən ölənlərin sayı 15-ə çatıb.
Unikal.org xəbər verir ki, hadisə Mbeya şəhərində qeydə alınıb. Belə ki, həkimlər tərəfindənhələ ki, dioqnaz qoyulmayan "gizli xəstəlik"dən 50 nəfər xəstəxanaya yerləşdirilib.
Həkimlər xəstələrdə başgicəllənmə, ürək bulanması və qan qusmasına kimi halları aşkar ediblər. Tanzaniya Səhiyyə Naziri Doroth Gvajima, vəziyyəti araşdırmaq üçün bölgəyə mütəxəssis qrup göndərildiyini açıqlayıb.
Qeyd edək ki, 2018-ci ildə Mbeya bölgəsində bir çox insanın oxşar şikayətlərlə xəstəxanaya yerləşdirildiyi öyrənilib.