Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.