Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-profikatik tədbirlər davam etdirilir.
Daxili işlər Nazirliyin Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz döviyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq, istintaqa təhvil verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rafiq Alışov tutularaq Polis Şöbəsinə gətirilib.
Davam etdirilən araşdırmalarla R.Alışovun fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilində gizlətdiyi müxtəlif qablaşdırmalarda olan 1 kiloqram 800 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Şübhəli şəxs ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.