Babasını və nənəsini öldürüb, qardaşının evini yandırmaqda təqsirləndirilən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, keçən ilin may ayında İsmayıllı rayonununun Bizlan kəndində 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.
Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.