Şirvanda 2 bacı bıçaqlanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, əvvəllər məhkum olunan Şirvan sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehdi oğlu qonşuları - 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb.
Hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisə zamanı daha iki nəfər əlindən yüngül bıçaq xəsarətləri alıb.
Hadisəni törədən E.Nəzərov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.