İspaniyanın "Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionu koronavirusa qarşı kütləvi vaksinasiya mərkəzi olacaq.
Unikalorg xəbər verir ki, Kataloniya Səhiyyə Departamenti peyvəndlərin Barselonaya kütləvi çatdırılması zamanı arenanı müvafiq tibbi tələblər üçün hazırlamaq istəyir.
Şöbə əhalinin əksəriyyətini mümkün qədər tez aşılamağı planlaşdırır. Bunun üçün isə geniş sahə tələb olunur. "Kamp Nou" stadionu bu tələblərə cavab verdiyindən səlahiyyətli nümayəndələr klub rəhbərliyi ilə əvvəlcədən məsləhətləşmələr aparıblar. Təklif müsbət qarşılansa da, qərarı klubun yeni seçiləcək prezidenti də təsdiqləməlidir.
Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.