“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Unikal.org xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadəni heyətinə qatıb.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Elvin bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib. Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.
Qeyd edək ki, "Keşlə" Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.
Xatırladaq ki, Elvin Yunuszadə "Qarabağ" klubunda oynadığı vaxtlarda gecə saatlarında Bakıdakı barlardan birindən sərxoş vəziyyətdə çıxıb. O özünə məxsus "Gelandewagen” markalı avtomobilə minib. Yol polisinin əməkdaşları Neftçilər prospektində onun idarə etdiyi avtomobili saxlamaq istəsələr də, futbolçu "saxla” əmrinə tabe olmayıb.
Sonradan polis tərəfindən saxlanılan E.Yunuszadə polislərlə əlbəyaxa davaya çıxıb. Nəhayət, futbolçu sərxoşluq müayinəsindən keçmək üçün Alkoqol Sərxoşluğunu Təyinetmə Məntəqəsinə aparılsa da oradan qaçmışdı.