Astara rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Cəfərov Astara RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Murad İbrahimli