Cari ildə qlobal xam neft tələbatı ötən illə müqayisədə 5 milyon 790 min barrel (6,4 faiz) artaraq sutkada 96 milyon 50 min barrel təşkil edəcək.
Unikal.org xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
Bildirilib ki, il ərzində OPEC-ə üzv ölkələrin neft tələbatı isə keçən ilə nisbətən 5 milyon barrel çoxalaraq gündəlik 27 milyon 500 min barrel olacaq.