Pakistanın ev sahiblik edəcəyi NATO hərbi təlimləri keçiriləcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təlimlərə Rusiya və Çin də qatılacaq. Ümumilikdə 45 ölkənin iştirak edəcəyi təlimlər hərbi dəniz qüvvələrinə aiddir.
Piratçılıq, terrorizm və digər cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlıq hərbi təlimlərin əsas məqsədi elan olunub. Dənizdə, su yollarında sabitliyə nail olmaq başlıca prioritet kimi qəbul edilib.