Donald Tramp parlaq bir şəxsiyyətdir.

Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir Trampın impiçmenti ilə bağlı prosesi "heyrətlə izlədiyini" əlavə edib.

"O, parlaq bir şəxsiyyətdir. Vaşinqtonda olarkən onunla iki görüşü və iştirak etdiyim Rusiya Prezidenti Vladimir Putinlə danışıqları xatırlayıram. Tramp parlaq bir siyasətçidir. Harada fayda var, onu maksimuma çatdırmaq üçün hər şeyi etməliyik, olmadığı yerdə qoy öz-özünə davam etsin", - deyə Lavrov bildirib.