İranda ötən sutka ərzində 58 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 58 809 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 298 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 503 753  nəfərə çatıb. Virus daşıyıcılarından 3 729 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 285 014 nəfər koronavirusdan sağalıb.