Avropa Birliyi koronavirusa qarşı vaksinasiya prosesi ilə bağlı hədəflərini yeniləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AB Komissiyasının nümayəndəsi Ursula Vonder Leyen məlumat verib.
Bildirilib ki, Avropa ərazisində yetkin əhalinin 70 faizi vaksinasiya prosesindən keçirilməlidir. Lakin bununla bağlı son müddət uzadılıb. Belə ki, əvvəl yekun tarix 1 iyun elan edilsə də, sonradan müddət 21 sentyabra qədər uzadılıb.