Rusiyada kimya fabriki ətrafında tapılan küçə itlərinin kimyəvi tullantılardan mavi rəngə çevrildiyi iddia edilib.

Unikal.org xəbər verir ki, görüntülər sosial mediada yayıldıqdan sonra səlahiyyətlilər itləri yoxlamaq üçün əraziyə gediblər.

Dzerjinsk şəhərindəki Sovet dövründən bəri tərk edilmiş  fabrik yaxınlığında kimyəvi tullantılar səbəbindən sahibsiz itlərin rənginin açıq mavi olduğu aşkar edilib. Yerli hakimiyyət həmin ərazini və itləri nəzarətə götürülüb.