Mərkəzi Asiya ölkəsi olan Özbəkistanın latın qrafikalı əlifbaya keçəcəyi tarix açıqlanıb.
Unikal.org Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Özbəkistan rəsmi şəkildə 1 yanvar 2023-cü ildən latın əlifbasına keçidi gerçəkləşdirəcək. Bildirilib ki, bu tarix rəsmi olaraq təsdiqlənib.
Qeyd edilib ki, bu tarixdən sonra Özbəkistanda dövlət sənədləri, təhsil və digər bütün sahələrdə kiril əlifbası latın əlifbası ilə əvəz ediləcək. Artıq latın qrafikasında özbəkcənin orfoqrafiya qaydaları da hazırlanır.