Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan İrəvanda hakimiyyətin istefası tələbi ilə keçirilən etiraz aksiyasında sərt çıxış edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Manukyan iqtidaryönlü hərbi elitanı da tənqid edib.
"Paşinyana xidmət edən bütün hərbçilər vətən xainidir. Deyim ki, Paşinyan könüllü şəkildə hakimiyyətdən getməyəcək. Biz sındırmalıyıq. Onun əsas gücü hakim fraksiyadır. Elə etməliyik ki, bu fraksiyanın üzvləri çölə çıxmağa risk etməməlidirlər. Nifrətə nifrət, təcavüzə təcavüz əsas çıxış yolumuzdur. Bəzi insanlar var ki, nələrin baş verdiyini anlamaqda çətinlik çəkirlər. Biz bu insanları başa salmalıyıq", - deyə Manukyan bəyan edib.