İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.

Unikal.org xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçirib.

130 qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak edib.