Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində COVID-19-dan ölüm sayının 40 faiz artdığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qitədə 22 300-sən çox koronavirus səbəbli ölüm qeydə alınıb. Ötən ay 16 000 ölüm qeydə alındığını nəzərə alaraq müqayisədə 40 faiz artım müşahidə olunduğu bildirilib.
Demək olar ki, bütün qitə ölkələrində ölüm miqdarının artdığı vurğulanıb. Bununla bağlı qurum həyəcan təbili çalıb.