Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun ikinci iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, işçi qrupdakı nümayəndə Mqer Qriqoryanın ofisindən bildirilib. Görüş videokonfrans formatında keçirilib.
İclasda baş nazirlərin müavinləri- Azərbaycandan Şahin Mustafayev, Ermənistandan Mqer Qriqoryan, Rusiyadan Aleksey Overçuk iştirak ediblər.
Danışıqlar zamanı təhlükəsizlik məsələləri, eləcə də bölgədəki kommunikasiyaların blokdan çıxarılması müzakirə olunub.