Türkiyədə koronavirus infeksiyasına qarşı peyvənd olunan vətəndaşların sayı 3,5 milyonu ötüb.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Türkiyədə yanvarın 13-dən vaksinasiya prosesinə başlanılıb. Qardaş ölkədə Çinin “Sinovac” vaksinindən istifadə olunur.