Ermənistanda növbədənkənar parlament seçkiləri cari ilin iyun ayında keçiriləcək.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu müxalif "İşıqlı Ermənistan" partiyasının sədri, eyniadlı fraksiyanın rəhbəri deputat Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, iqtidar komandası seçkiyə kimi reytinqini yüksəltməyə çalışacaq.

Qeyd edək ki, hakim “Mənim addımım” fraksiyası Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni iyun ayında yekunlaşdırmağı planlaşdırır.