Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 97 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7763 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8108, ağır xəstələr isə 1250 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 572 190 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 461 204 nəfər sağalıb, 27 284 nəfər isə dünyasını dəyişib.