Tacikistanda güclü zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, hadisə 12 fevral saat 21:01-də qeydə alınıb (GMT+4).
Zəlzələnin gücü Rixter cədvəli ilə 6,7 bal, ocağı 80 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.