Pakistanda 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, episentri Tacikistanın Murqab şəhərində olan zəlzələ Pakistanın İslamabad, Pişəvər, Ravalpindi, Mərdan, Şimali Vəziristan, Svat, Multan, Sarqodha, Faysalabad və Lahor şəhərlərində hiss edilib.
Seysmologiya Mərkəzi zəlzələ ocağının yerin 80 kilometr dərinliyində yerləşdiyini bildirib. Zəlzələnin afterşokları ola biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Təbiət hadisəsindən qorxan insanlar evlərini tərk ediblər.
Hələlik itki və dağıntılar barədə açıqlama verilməyib.