Səbail Rayon Polis İdarəsinin (RPI) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Yaşar Quliyev rayon ərazisində saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı ondan 3,778 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
PB-də Y.Quliyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun Sabunçu qəsəbəsi ərazisində yaşadığı mənzildə əlavə olaraq narkotik vasitə və odlu silah-sursat gizlətdiyi məlum olub. Qeyd edilən ünvana baxış zamanı saxlanılan şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 30 ədəd patron olan daraq, həmçinin 460 qram marixuana aşkar edilib.
Y.Quliyev ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 9-cu PB-də toplanan materiallar araşdırlması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Y.Quliyev tutularaq istintaqa cəlb olunur, araşdırmalar davam etdirilir.