Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, aparılan müvafiq tədbirlər nəticəsində DYP əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Belə ki, əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən, şəhər sakini, Samir Məmmədov “Volkswagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxslər barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S. Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib.