Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.