İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Bu barədə Unikal.org nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 883 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 120 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 510 873 nəfərə çatıb. Virus daşıyıcılarından 3 720 nəfərin vəziyyəti ağırdır.