ABŞ-ın "Facebook" şirkəti "ağıllı saat" buraxmağı planlaşdırır.
Unikal.org xəbər verir ki, həmin məhsulun gələn il bazara çıxması gözlənilir.
Qeyd olunur ki, istifadəçilər "ağıllı saat" vasitəsilə "Facebooka" məxsus platformalara (Messenger, WhatsApp, Instagram) yazı yaza biləcək. Bundan başqa, həmin saatlar fitnes və sağlamlıq vəziyyətinə nəzarət funksiyaları ilə təchiz olunacaq.
İlkin məlumatlara əsasən "ağıllı saat" "Android" əməliyyat sistemi ilə işləyəcək.