İsrailin Afula şəhərində yüngül mühərrikli təyyarənın qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Unikal.org İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə hadisə yerinə cəlb edilən təcili yardım xidmətinin əməkdaşları bildirib.
Məlumata görə, onlar hadisə yerində yanan təyyarənin yanında huşsuz vəziyyətdə olan pilot və sərnişin aşkarlayıblar. Xidmət əməkdaşları hər iki kişinin öldüyünü bildiriblər.
Hadisə yerində polis əməkdaşları araşdırma aparır. İstintaq başlayıb.