Bu həftənin əvvəlində Helsinki, bir qədər sonra isə Riqa yaxınlığında quş qripi faktı qeydə alınıb. Aşkar edilmiş H5N8 ştammı ev quşları da daxil olmaqla, quşların kütləvi ölümünə səbəb olur. Virus insanlar üçün təhlükə yaratmasa da, ev quşları arasında kütləvi yoluxmaya və onların məhvinə səbəb ola bilər. Epidemiyanın Estoniyaya da yaxınlaşması istisna edilmir.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Estoniyanın Kənd Təsərrüfatı və Qida Departamenti yayıb.
Bildirilib ki, ölkənin qərb hissəsi başda olmaqla, Vırtsyarv və Çud göllərinin ətrafında yerləşən bölgələrdə sayıqlıq əldən verilməməlidir.
Departament Estoniya sakinlərindən çox sayda quş cəsədi aşkar edəcəkləri təqdirdə quruma məlumat vermələrini xahiş edir.
Qeyd edilib ki, ötən il Avropada quş qripi səbəbilə təxminən 9 milyon ev quşu ölüb və ya öldürülüb.