Böyük Britaniyada son sutka ərzində 13 308 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 027 106 nəfərə çatıb.

Unikal.org xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 621 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 116 908 nəfərə çatıb.