Güclü qar yağması səbəbindən yaranmış çətin hava şəraitində Rusiyanın Simferopol bölgəsində Ukrayna-Simferopol-Aluşta-Yalta magistral yolunda zəncirvari qəza baş verib.
Unikal.org-un Krım Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, axşam saatlarında qeydə alınan hadisə nəticəsində 32 avtomobil toqquşub.
Yol qəzasında xəsarət alanların olmadığı bildirilib.
Qeyd edək ki, sözügedən bölgədə qarın qalınlığı, təxminən 30 santimetrdir.