ABŞ Senatı keçmiş prezidentin impiçmenti üzrə prosesdə Donald Trampa bəraət qazandırıb.
Unikal.org
xəbər verir ki, impiçment lazımi səslərin üçdə ikisini ala bilməyib.
Keçmiş prezidentin impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib və beləliklə Tramp bəraət alıb.
Senatorlar Trampı qiyama təhriketmə ittihamı üzrə günahsız hesab ediblər. Bununla da keçmiş ABŞ prezidentinin impiçment prosesi başa çatıb.