Hindistanın cənub-şərqindəki Andra-Pradeş ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Məlumata görə, Karnul dairəsi ərazisində mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində həmçinin 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlar arasında uşaqlar da var. Onların vəziyyəti ağırdır.
Polisin ehtimalına görə, qəza mikroavtobus sürücüsünün sükan arxasında yuxulaması yaxud avtomobilin təkərinin partlaması səbəbindən baş verə bilər.